
Avropa Komissiyası Ukraynaya pilotsuz uçuş aparatları (PUA), raketlər, hava hücumundan müdafiə sistemləri və qırıcı təyyarələrin alınması üçün 3,47 milyard avro həcmində yeni maliyyə tranşı ayırıb.
Primeinfo.az xəbər verir ki, “Reuters“ bu barədə Avropa Komissiyasına istinadən məlumat yayıb.
Məlumata görə, vəsait bu ilin əvvəlində təsdiqlənmiş 90 milyard avroluq kredit proqramı çərçivəsində ayrılıb. Maliyyə Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi və yeni silah sistemlərinin alınmasına yönəldiləcək.
“Reuters“in məlumatına əsasən, ayrılan vəsait hesabına Ukrayna əlavə PUA-lar, raketlər, hava hücumundan müdafiə sistemləri, həmçinin İsveç istehsalı olan Gripen qırıcı təyyarələrini əldə edəcək.