
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Qvardiyasının “Xartiya” briqadasının komandiri İqor Obolenskiyə qarşı sui-qəsd cəhdinin qarşısının alındığını açıqlayıb.
Primeinfo.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.
Ukrayna lideri paylaşımında hadisənin arxasında Rusiyanın dayanıb-dayanmadığını birbaşa qeyd etməsə də, ölkəsinin bu sui-qəsd cəhdinə cavab verəcəyini vurğulayıb.