Xəbər axtarın

Son axtarış nəticələri:

Ceyhun Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik irsinə aid arxiv sənədləri ilə tanış olub

06.08.2026 15:29

Ceyhun Bayramov Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik irsinə aid arxiv sənədləri ilə tanış olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Xarici İşlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bu ölkədəki diplomatik fəaliyyətini əks etdirən arxiv sənədləri ilə tanış olub.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” səhifəsində məlumat yayıb.

Bildirilib ki, nazirə 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynadakı diplomatik missiyasının (komissarlığının) fəaliyyəti, eləcə də həmin dövrdə Azərbaycan və Ukrayna arasında diplomatik münasibətləri əks etdirən arxiv materialları təqdim edilib.

Nazirə nümayiş etdirilən materiallar arasında tarixi sənədlər, rəsmi yazışmalar, həmçinin həmin dövrdə Azərbaycan və Qafqaz regionuna dair hazırlanmış hesabatlar da yer alıb.

Paylaş: