Xəbər axtarın

Son axtarış nəticələri:

İlyas Topsakal: “Bu əsərlər türk xalqlarının mədəni yaxınlaşmasına güclü töhfə verir” - VİDEO

20.11.2025 16:12

“Çingiz Aytmatovun “Ağ gəmi” və Abay Kunanbayın “Qara sözlər” əsərlərinin ortaq türk əlifbası ilə nəşri türk dünyasının bir-birinə mədəni yaxınlaşmasına güclü töhfə verir. Bu addım türk xalqları arasında ortaq yazı sisteminin genişlənməsinə, ortaq mədəniyyətin daha da möhkəmlənməsinə xidmət edəcək”.

Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) genel başqan yardımçısı, professor doktor, Samsun millət vəkili İlyas Topsakal bildirib.

Onun sözlərinə görə, bu haqda Türk Akademiyası və TÜRKSOY tərəfindən təşkil olunan “Türk dünyasında birliyə yeni addım: ortaq əlifba ilə nəşrlər” proqramında da danışıb.

“Çingiz Aytmatov İnstitutu olaraq, ortaq əlifba ilə ilk onun “Cəmilə” kitabını çap etməklə bu prosesə başladıq. Türk dünyasının ortaq mədəni irsinin gələcək nəsillərə ötürülməsi istiqamətində çalışmalarımızı qətiyyətlə davam etdirəcəyik. Qonaqpərvərliklərinə və Türk Dünyasına xidmətlərinə görə Türk Akademiyasının Prezidenti Şahin Mustafayevə və TÜRKSOY-un Baş katibi Sultan Rayevə təşəkkür edirəm”, – deyə İlyas Topsakal vurğulayıb.

 

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Prof. Dr. İlyas Topsakal (@ilyastopsakal)

Paylaş: