Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanın Çexiyadakı səfirliyi vətəndaşlarla görüşüb -  FOTO

04.12.2025 20:56

Azərbaycanın Çexiyadakı səfirliyi Karlovı Varıdakı fəxri konsulla birlikdə kurort şəhərində yaşayan həmvətənlərimizlə görüş keçirib.

Primeinfo.az xəbər verir ki, bu barədə səfirlik “X”dəki rəsmi səhifəsində məlumat yayıb.

Görüş zamanı vətəndaşları maraqlandıran məsələlər, eləcə də onların üzləşdiyi problemlər müzakirə olunub.

Səfirlik nümayəndələri görüş iştirakçılarının konsulluq və hüquqi aspektlərlə bağlı suallarına ətraflı cavablar verib və tövsiyələrini veriblər.

Paylaş: