
“Müdafiə Britaniya-Azərbaycan Strateji Tərəfdaşlığının əsas sütunudur”.
Primeinfo.az xəbər verir ki, bu barədə Britaniya səfiri Fergus Auld “X”-də bildirib.
O, Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerlə birlikdə Azərbaycan Prezidenti ilə görüşməkdən və müdafiə sahəsində gələcək imkanları müzakirə etməkdən məmnunluğunu ifadə edib:
“Britaniya il ərzində əldə edilmiş irəliləyişi alqışlayır və Azərbaycanla artan müdafiə əlaqələrindən qürur duyur”.
Müdafiə 🇬🇧-🇦🇿 Strateji Tərəfdaşlığının əsas sütunudur. @Vernon_Coaker-la birlikdə @presidentaz ilə görüşməkdən və müdafiə sahəsində gələcək imkanları müzakirə etməkdən məmnun oldum.
🇬🇧 il ərzində əldə edilmiş irəliləyişi alqışlayır və 🇦🇿-la artan müdafiə əlaqələrindən qürur duyur pic.twitter.com/lCXrfyAPxw— FergusAuldFCDO (@FergusAuldFCDO) December 4, 2025