Xəbər axtarın

Son axtarış nəticələri:

ADY qatarlarda sərnişinlərə kitab hədiyyə etdi - FOTO

14.02.2026 15:54

Azərbaycan Dəmir Yolları (ADY) və Parlaq İmzalar Nəşriyyatının birgə təşəbbüsü ilə oxu mədəniyyətinin təşviqinə yönəlmiş yeni layihəyə start verilib.

Primeinfo.az xəbər verir ki, Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə həyata keçirilən aksiya çərçivəsində ADY-nin qatarları ilə səfər edən sərnişinlərə müxtəlif kitablar hədiyyə olunub.

Təşəbbüs sərnişinlərin səyahətini daha maraqlı və yaddaqalan etməklə yanaşı, cəmiyyətdə mütaliəyə marağın artırılmasına xidmət edir.

Layihə çərçivəsində bildirilib ki, kitab bağışlamaq bilik və inkişafın paylaşılması deməkdir. ADY bu ənənəni hər il daha geniş miqyasda davam etdirməyi planlaşdırır.

Qeyd edək ki, təşəbbüs oxu mədəniyyətinin təşviqi və kitabın cəmiyyət həyatında rolunun gücləndirilməsi məqsədi daşıyır.

Paylaş: