Xəbər axtarın

Son axtarış nəticələri:

Aİ Sülh Şurasının iclasında müşahidəçi statusunda iştirak edəcək

16.02.2026 21:10

Avropa İttifaqı ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Sülh Şurasının fevralın 19-da keçiriləcək iclasında müşahidəçi statusunda iştirak edəcək.

Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Aİ Komissiyasının sözçüsü Qiyyom Mersye jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Aİ Komissarı Dubravka Şuisa ABŞ-da baş tutacaq Sülh Şurasının iclasında müşahidəçi qismində iştirak edəcək: “Aİ iclasda Qəzzada atəşkəsin tətbiqi ilə bağlı uzunmüddətli öhdəliyimiz və həmçinin Qəzzada tikinti və müharibə sonrası bərpa işlərinə dəstək vermək məqsədilə beynəlxalq səylərə qatılmaq üçün iştirak edir”.

Paylaş: