Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda yeni dövlət qurumu yaradıldı

18.02.2026 23:00

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılaraq, onun əsasnaməsi təsdiq edilib.

Primeinfo.az xəbər verir ki, sözügedən agentliyin yaradılması barədə qərar fevralın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclası zamanı qəbul olunub.

Bundan başqa nazirliyin və strukturuna daxil olan digər qurumların əsasnamələrinə yeni səlahiyyətlərin əks etdirilməsi üçün müvafiq dəyişikliklər edilib.

Paylaş: