Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda avtobus qəzaya uğradı: Xəsarət alanlar var - VİDEO

19.02.2026 15:39

Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Primeinfo.az xəbər verir ki, hadisənin videogörüntüsü sosial şəbəkədə paylaşılıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilib.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli faktı təsdiqləyib.

“Sözügedən yol-nəqliyyat hadisəsi bu gün saat 08:00 Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.

Orxan Ramiz oğlu Balabəyovun idarə etdiyi “Chevrolet” markalı 99-SX-061 dövlət nömrə nişanlı avtomobillə Səxavət Yadigar oğlu Məmmədovun idarə etdiyi “Mercedes Vito” markalı, 77-XN-607 dövlət nömrə nişanlı mikroavtobus toqquşub.

Hadisə zamanı “Mercedes Vito”da olan sərnişinlər Arif Elşən oğlu Ələkbərli və Cavad Şakir oğlu Abbasov xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır”, – deyə R.Əhmədli bildirib.

Paylaş: