Xəbər axtarın

Son axtarış nəticələri:

Epşteynin qaranlıq arxivi: 6 gizli anbarda ŞOK SÜBUTLAR

23.02.2026 14:36

Dünyanın ən qalmaqallı cinayət işlərindən biri olan Ceffri Epşteyn işində yeni və sarsıdıcı detallar üzə çıxıb.

Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, “The Telegraph” qəzetinin əldə etdiyi sənədlərə görə, amerikalı maliyyəçi hakimiyyət orqanlarından fotoları, sənədləri və kompüterləri gizlətmək üçün ABŞ-ın müxtəlif ştatlarında altı məxfi anbar icarəyə götürüb.

Nəşr qeyd edir ki, ABŞ hüquq-mühafizə orqanları indiyədək həmin anbarlarda heç bir axtarış aparmayıblar. Bu isə o deməkdir ki, Epşteynin yüksək rütbəli dostlarını, siyasətçiləri və məşhurları ifşa edə biləcək çox sayda yeni material hələ də həmin gizli məkanlarda qala bilər.

Sənədlərə görə, Epşteyn hələ 2000-ci illərin ortalarında gözlənilən axtarışlar barədə məlumat əldə edərək xüsusi dedektivlər işə götürüb. Onlar kompüterləri və diskləri müxtəlif anbarlara daşıyıb, Nyu-Yorkda gizli saxlanc yerləri icarələyiblər. Bu əməliyyat üçün on minlərlə dollar vəsait xərclənib.

Məlumata görə, Epşteynin işçiləri hətta maliyyəçinin Virciniya adalarındakı şəxsi adasından kompüter və sərt disklərin çıxarılaraq gizli sığınacaqlara yerləşdirilməsini müzakirə ediblər. Bu materialların əksəriyyətinin 2009-cu ilə qədər olan dövrü əhatə etdiyi bildirilir.

Ekspertlər hesab edir ki, əgər FTB həmin altı məxfi anbarın yerini müəyyən edib axtarış aparsa, bu, dünya elitasının bir çox nümayəndəsi üçün “siyasi və sosial ölüm” mənasına gələcək yeni bir qalmaqalın başlanğıcı ola bilər.

Paylaş: