Xəbər axtarın

Son axtarış nəticələri:

Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - AÇIQLAMA

19.02.2026 15:21


Son günlər deputat Günay Ağamalının köməkçisi Pərviz Mirizadəni atası, keçmiş millət vəkili Fəzail Ağamalının yas mərasimində mühafizəçilərinə döydürməsi ilə bağlı məlumatlar yayılıb.

Primeinfo.az xəbər verir ki, “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün deputatın köməkçisi Pərviz Mirizadə ilə əlaqə saxlayıb.

O, sayta açıqlamasında belə bir hadisənin baş vermədiyini bildirib.

Qeyd edək ki, G.Ağamalı da Pravda.az-a açıqlamasında sözügedən xəbəri təkzib edib: “Bu məlumat kökündən yanlışdır. Belə bir hadisə olmayıb. Kiminsə partiyadan ayrılması isə könüllü seçimdir. Normaldır…”

Paylaş: