
“Bu gün hər kəsə aydındır ki, Mehman və Emin Hüseynov qardaşları tam şüurlu şəkildə Rusiyanın xüsusi xidmət orqanlarının Azərbaycana qarşı informasiya hücumunun alətinə çevriliblər. “Qərbi Avropa” lokasiyası isə sadəcə “əfsanə”ni maskalamaq üçündür”.
Primeinfo.az xəbər verir ki, bu sözləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında yazıb.
Eks nazir bildirir ki, Rusiya Vardanyanın həbsini həzm edə bilmir:
“Aydındır ki, Vardanyan haqqında film – bizim həbsxanamızda olan Rusiya elitasının maliyyə
“təmizlənməsi” Kreml tərəfindən “qalera qulları”nın “ağır zəhmətlə qazandıqlarının” saxlanması kimi qəbul edilib.
Düşünürəm ki, hökm çıxarıldıqdan sonra Vardanyan artıq himayədarlarına ümid etməyin əbəs olduğunu anlayaraq, sənədli, rəqəmli, dəqiq tarixlərlə danışacaq. Üstəlik bu “açıqsözlülük” çox güman ki, Rusiyada siyasi dekorasiyaların dəyişməsinə hazırlaşanlar üçün əsas təbliğat tətiklərindən birinə çevriləcək.
Vardanyanın faylları Epşteynin faylları kimi “studiyaya”…
Gözləyirik”.
