Xəbər axtarın

Son axtarış nəticələri:

Meksikada təhlükəli narkobaron öldürüldü, 8 ştatda ixtişaşlar başladı - FOTO - VİDEO

23.02.2026 10:14

Meksikanın 8 ştatında dünyanın ən nüfuzlu narkobaronlarından biri – “Xalisko Yeni Nəsil” kartelinin “El Menço” ləqəbli liderinin məhv edilməsindən sonra iğtişaşlar başlayıb.

Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, Meksika və ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları avtomatlarla təchiz edilmiş helikopterlərin iştirakı ilə xüsusi əməliyyat keçiriblər, bundan sonra şiddətli atışma başlayıb.

Meksika Müdafiə Nazirliyi dəqiqləşdirib ki, “El Menço” sanitar aviasiya ilə qurumun hospitalına aparılarkən yolda ölüb.

Liderlərinin ölüm xəbərindən dərhal sonra silahlılar müharibə elan ediblər və mülki şəxsləri öldürəcəklərinə söz veriblər. Kartel üzvləri Milli Qvardiyanın bazasına hücum ediblər, ölkənin səkkiz ştatında talanlar başlayıb, Qvadalaxarada küçə döyüşləri gedir, silahlılar yük maşınlarını yandırır və yolları bağlayırlar.

“El Menço” ləqəbli Nemesio Oseqera Servantes Meksikada ən çox axtarılan şəxs, ABŞ-də isə ən çox axtarılan narkobaronlardan biri hesab olunurdu.

O, “El Çapo” ləqəbli Xoakin Qusmanın həbsindən sonra ölkənin ən güclü narkobaronu idi.

Kartel narkotrafikin böyük hissəsinə nəzarət edir və Meksikanın bir çox ştatında fəaliyyət göstərir.

Paylaş: