Xəbər axtarın

Son axtarış nəticələri:

Nikol Paşinyan evləndi

17.02.2026 11:17

Ermənistan baş naziri Nikol Paşinyanla vətəndaş nikahında yaşadığı Anna Akopyan münasibətlərində yeni mərhələyə qədəm qoyublar.

Primeinfo.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Anna Akopyan öz “Facebook” səhifəsində paylaşım edib.

“Əziz həmvətənlər, sizə bildirmək istəyirəm ki, mənim baş nazir Nikol Paşinyanla “vətəndaş nikahında olmağım barədə məsələ” bitdi. Hər kəsdən bu məsələ ilə bağlı diqqətli və düzgün davranış nümayiş etdirməyi xahiş edirəm. Təşəkkür edirəm”, – deyə o, paylaşımda bildirib.

Akopyan bununla da Paşinyanla münasibətlərini VVAQ (Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) şöbəsində rəsmiləşdirdiklərini elan edib.

 

Paylaş: