Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiya FSB: "Teleqram"ın qurucusu ilə danışıqlar aparmırıq"

19.02.2026 16:30

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) “Teleqram”ın qurucusu Pavel Durovla danışıqlar aparmır.

Primeinfo.az APA-ya istinadla xəbər verir ki, bunu FSB-nin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, əvvəllər FSB Durovla danışıqlar aparıb: “Biz əvvəllər də danışıqlar aparmışıq, amma bu, yaxşı bir şeyə gətirib çıxarmayıb”.

Qeyd edək ki, Roskomnadzor Rusiyada Teleqram-ı bloklamağa başladığını açıqlayıb.

Qurum buna sosial şəbəkənin Rusiya qanunvericiliyinə əməl etmədiyini əsas gətirib. Rusiyada Teleqram-dakı şəxsi yazışmalara xarici xüsusi xidmət orqanlarının əlçatan olduğu barədə iddialar yayılıb.

Paylaş: