Xəbər axtarın

Son axtarış nəticələri:

Suyun qiyməti bahalaşacaq: Tarif Şurasında hazırlıq

18.02.2026 17:05

Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq.

Primeinfo.az Gününsəsi.info-ya istinadən xəbər verir ki, bununla bağlı Tarif Şurasının yeni qərarı ilə suyun qiyməti bahalaşacaq. Bundan başqa su təminatı da qaz təminatı kimi limitlə müəyyən olunacaq.

Bu artımı Tarif Şurası ölkəmizin su təsərrüfatında rentabelliliyin təmin edilməsi ilə əsaslandırılacaq.

Tarif Şurasının gündəliyində olan yeni təklifə görə, 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manatla hesablanması nəzərdə tutulur.

Paylaş: