Xəbər axtarın

Son axtarış nəticələri:

QMİ-nin Vatikanda nümayəndəliyi yaradılır

16.02.2026 17:16

Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq.

Primeinfo.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə məlumat verib.

A.Paşazadə xatırladıb ki, hazırda QMİ-nin İstanbulda, Tiflisdə, Batumidə, Dərbənddə nümayəndəlikləri və qazılıqları fəaliyyət göstərir:

“Əhatə coğrafiyamızı genişləndirmək istiqamətində işlər davam edir. Hazırda Vatikanda nümayəndəliyimizin yaradılması istiqamətində danışıqlar aparırıq”.

Paylaş: