Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında yanvarın 2-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında yanvarın 2-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Dekabrın 31-də, yanvarın 1-2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var.
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində qarlı və küləkli hava şəraiti müşahidə olunub. Bildirilib ki, şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Şahdağda 20 m/s, Naftalan, Mingəçevirdə 18 m/s, Yardımlıda 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib. Məlumata əsasən, narahatlığa səbəb dekabrın 28-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənməsi ehtimalıdır.
Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək yağıntının intensiv olacağı ehtimalı var. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Məlumatına əsasən Azərbaycanın rayonlarında dekabrın 27-si günün ikinci yarısından 28-i axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Bakıda dekabrın 27-də havanın yağmursuz keçəcəyi, bəzi rayonlara qar yağacağı gözlənilir. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda dekabrın 26-da bəzi yerlərdə yağış və qar yağacağı gözlənilir. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda dekabrın 25-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir.