AFFA iki klubu CƏRİMƏLƏDİ

29.09.2025 17:14


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Primeinfo.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

1-ci liqada III turun “Baku Sportinq” – “’Şimal” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Baku Sportinq” komandası 600 manat cərimə edilib.

MOİK – “’Zaqatala” oyununda “Zaqatala” komandasının nümayəndələrində “A buraxılışı” vəsiqəsi olmadığına görə “Zaqatala” komandası 300 manat cərimə edilib.

Поделиться: