İran və ABŞ arasında 10 günlük atəşkəs təklif edilib - Reuters
İran və ABŞ arasında vasitəçilik edən tərəflər gərginliyin azaldılması məqsədilə 10 günlük atəşkəs təklif ediblər.
İran və ABŞ arasında vasitəçilik edən tərəflər gərginliyin azaldılması məqsədilə 10 günlük atəşkəs təklif ediblər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İran XİN rəhbəri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
İsrail və “Hizbullah” arasında atəşkəs elan olunub. Primeinfo.az xəbər verir ki, “Reuters“ bu barədə anonim ABŞ rəsmisinə istinadən məlumat yayıb. Məlumatda bildirilib ki, tərəflər atəşkəsə razılaşıb.
İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın ölkəyə son hücumlarını pisləyərək, bunun iki aylıq atəşkəsi praktiki olaraq mənasız etdiyini bildirib. Primeinfo.az-ın xəbərinə görə, İran XİN-in bəyanatında deyilir ki, ABŞ-ın hücumları faktiki olaraq 8 aprel atəşkəsini qüvvədən salıb və bunun doğura biləcəyi təhlükəli nəticələrə görə məsuliyyət ABŞ-ın üzərindədir. Bəyanatda bildirilib ki, ABŞ-ın hücumları BMT Nizamnaməsinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
İran Xarici İşlər Nazirliyi ABŞ-ın ötən gecə Sirik bölgəsi və Qeşm adasına hücumunu pisləyib.
Ukrayna Silahlı Qüvvələri atəşkəsə baxmayaraq, sərhəd bölgəsində Rusiya ordusunun mövqelərinə və mülki obyektlərinə dron və artilleriyadan istifadə edərək zərbələr endirməyə davam edir. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ukrayna tərəfindən “xüsusi hərbi əməliyyat” zonasında 1365 atəşkəs pozuntusu qeydə alınıb.
Rusiya tərəfinin Ukraynanın mayın 6-dan qüvvəyə minən “sükut rejimi”nə heç bir reaksiyası olmayıb. Primeinfo.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin 6 may gecə yarısından etibarən “sükut rejimi” barədə açıqlamalarına münasibət bildirərkən deyib. Kreml sözçüsü vurğulayıb ki, Moskva tərəfindən elan edilən atəşkəs 8 və 9 mayda qüvvədə qalacaq.
Rusiya Ukraynanın elan etdiyi atəşkəs rejimini pozub. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Sergey Sternenko “Telegram” kanalında yazıb. Onun sözlərinə görə, Rusiya atəşkəsə əməl etməyərək, Ukraynaya qarşı bir sıra hücumlar həyata keçirib.
Rusiya Müdafiə Nazirliyi 8 və 9 may tarixlərində Qələbə Günü münasibətilə atəşkəs elan olunduğunu açıqlayıb. Primeinfo.az TASS-a istinadən xəbər verir ki, qərar Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin tapşırığı əsasında qəbul edilib. Nazirlik qeyd edib ki, Moskva atəşkəslə bağlı qərar fonunda Kiyevin də eyni addımı atacağına ümid edir.
İsrail ordusu bu gün Livanın cənubunda yerləşən 11 şəhər və kəndin sakinlərinə təcili xəbərdarlıq edərək evlərini tərk etməyə çağırıb. Primeinfo.az xəbər verir ki,sakinlərə evlərindən ən azı 1000 metr uzaqda açıq ərazilərə keçməyə çağırıb. Ordunun yaydığı məlumatda bildirib ki, atəşkəs razılaşmasını pozan “Hizbullah”a qarşı əməliyyatlar həyata keçirirlər.