“Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumu başlayıb.
Primeinfo.az xəbər verir ki, Forum Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.
Forum Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlıq əlaqələrinə həsr olunmuş videoçarxla başlayıb.
Forumun açılışında Özbəkistan rəsmiləri, hər iki ölkənin media rəhbərləri və jurnalistlər iştirak edirlər.