
Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması baş verib.
Primeinfo.az Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasına istinadən məlumat verir ki, bu, qismən tutulma olub.
Təbiət hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatıb. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olub.
Günəş tutulması Sakit okean, Yeni Zelandiya və Antarktidada görünüb, Azərbaycan ərazisində müşahidə olunmayıb.