Xəbər axtarın

Son axtarış nəticələri:

Formula-2: Sprint yarışının qalibi bəlli oldu

20.09.2025 15:27

Bakı keçirilən Formula-2 üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.

Primeinfo.az xəbər verir ki, mübarizəyə saat 14:15-də start verilib.

Ötən gün Formula-2-nin sərbəst yürüşündə “Rodin Motorsport” komandasından Aleks Dann, sıralama turunda isə “Dams Lukas Oil”dən Cek Krouford birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

***

Formula-2″kateqoriyasında sprint yarışı başlar-başlamaz qəza baş verib.

Bir neçə bolidin toqquşması nəticəsində yarış sarı bayraqla dayandırılıb.

Hazırda zədələnmiş bolidlərin trekdən kənarlaşdırılması üçün tədbirlər görülür.

***

Formula-2 sprint yarışının startında yaşanan qəzadan sonra davam edir.

“Safety car” treki tərk edərək sürücülərə sprintə davam etməyə imkan verib.

***

Bakı keçirilən Formula-2 üzrə Azərbaycan Qran-prisində sprint yarışının qalibi bəlli olub.

Məlumata görə, “Hıtech TGR”dən Dino Beqanoviç bütün rəqiblərini qabaqlayıb.

Onun komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub. “Rodin Motorsport”dan Aleks Dann ilk “3-lüy”ü tamamlayıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Paylaş: