Xəbər axtarın

Son axtarış nəticələri:

Naxçıvanda avtobus aşıb: 15-dən çox yaralı var

20.09.2025 17:35

Naxçıvanda avtobus qəzaya düşüb, 15-dən çox sərnişin xəsarət alıb.

Primeinfo.az-ın Report-a istinadən məlumatına görə, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15 sərnişin xəsarət alıb.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının (MR) Daxili İşlər (DİN) və Fövqəladə Hallar (FHN) nazirliklərinin əməkdaşları cəlb olunub.

Paylaş: