Paşinyan Minskdə iclasda iştirak etməyəcək

25.09.2025 15:47


Ermənistan Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında baş nazirin müavini səviyyəsində iştirak edəcək.

Primeinfo.az xəbər verir ki, bunu Belarus XİN başçısının müavini Pavel Utyupin bildirib.

Onun sözlərinə görə, iclas sentyabrın 29-30-da keçiriləcək. MDB ölkələrinin hökumət başçılarının demək olar ki, hamısı iclasda iştirak edəcək. Ermənistan və Türkmənistan isə baş nazirlərin müavinləri səviyyəsində təmsil olunacaq.

 

Поделиться: