Paris məhkəməsi Fransanın sabiq prezidenti Sarkozini 5 il müddətinə azadlıqdan məhrum edib.
Primeinfo.az xəbər verir ki, o, “Liviya işi” üzrə təqsirli bilinib.
Xatırladaq ki, Paris məhkəməsi Nikola Sarkozini 2007-ci il seçkilərində qələbəsini təmin etmək üçün Liviya lideri Müəmmar Qəddafi rejimindən qanunsuz təşviqat maliyyəsi almaq ittihamı ilə mühakimə olunduğu işdə təqsirli bilib. Məhkəmə bütün digər ittihamlar üzrə keçmiş prezidentə bəraət verib. Fransa məhkəməsi hələlik Sarkozinin həbsi ilə bağlı yekun qərar verməmişdi.
Qeyd edək ki, prokurorluq Sarkozini passiv korrupsiyada, seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsində, dövlət vəsaitlərinin mənimsənilməsində iştirakda ittiham edib.