Erməni əsilli rusiyalı jurnalist, “RT” kanalının baş direktoru Marqarita Simonyanın həyat yoldaşı Tiqran Keosayan ölüb.
Primeinfo.az xəbər verir ki, Simonyan bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Tiqran yaradanın yanına getdi”, – paylaşımda bildirilir.
Qeyd edək ki, T.Kesoyan Rusiyanın tanınmış kinorejissorların biri olub. O, həm də televiziya və radio aparıcısı kimi tanınır.