Xəbər axtarın

Son axtarış nəticələri:

16 mindən çox əcnəbi Azərbaycanda yaşamaq üçün müraciət edib

16.10.2025 13:00


Bu ilin 9 ayında 16 min 398 əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsi üçün müraciət edib.

Bu barədə Primeinfo.az-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, sözügedən dövrdə müraciətlərin 1167-si müvəqqəti olma müddətinin uzadılması, 3818-i vətəndaşlıq məsələləri ilə bağlı olub.

Bununla yanaşı, 6257 əcnəbi olduğu yer üzrə qeydiyyat, 3250-si daimi yaşama, 6774-ü iş icazəsi üçün DMX-yə müraciət edib.

Paylaş: