
Məşhur Hollivud ulduzları Antonio Banderas və Melani Qriffitin qızı ailə həyatı qurub.
Primeinfo.az xəbər verir ki, 27 yaşlı Stella Banderas uşaqlıq sevgisi Aleks Qrusinski ilə nikah masasına əyləşib.
Onların toyu Los-Ancelesdə baş tutub. Məclisdə yalnız ailə üzvləri və yaxın dostları iştirak edib.
Qeyd edək ki, Antonio Banderas və Melani Qriffit 1996–2015-ci illərdə evli olublar. Onların yeganə övladı olan Stella həm aktrisa, həm də modeldir.





