
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hansısa bir ölkənin ətinin gətirilməsinə icazə verilməsi üçün 30 min rüsum tələb edir”.
Primeinfo.az xəbər verir ki, Milli Məclisin üzvü Əlibala Məhərrəmzadə Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində həmin rüsum müqabilində həyata keçirilən prosedurlardan danışıb:
“Bu rüsuma həm sanitariya normaları, həm qiymətləndirmə daxildir. Həm də sığorta olunur ki, əgər gətirən şirkət tərəfindən hansısa prosedur düzgün yerinə yetirilməsə, onu dövlətin, büdcənin pulu ilə yox, o tərəfin öz hesabına kompensasiya edilsin.
Yəni, 30 minə birdəfəlik icazə alıb, əti ömrünün sonunədək ölkəyə gətirə bilirsən. Təbii ki, bu da çoxunu qane etmir. Çünki deyirlər ki, bu vaxta qədər biz pulumuzu ödəyib malımızı gətirirdik, indi niyə rüsum verməliyik.
Axı elə olanda, mal gətirəndə ölü heyvan ətini gətirirdin. İndi isə məhsul laboratoriyadan keçirilir, AQTA öz əməkdaşını istehsal fabrikinə göndərir və monitorinq aparılır. Bunlar olmasa, piştaxtada yenə keyfiyyətsiz mal olacaq”.