ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclası Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Primeinfo.az ATƏT-ə istinadən xəbər verir ki, iclas 4-5 dekabr tarixlərində baş tutacaq.
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin dəvəti ilə təşkil olunan tədbir 57 iştirakçı dövlətin və 11 tərəfdaşın xarici işlər nazirlərini bir araya gətirəcək:
“Bu il ilk dəfə olaraq ATƏT sədri (Avstriya istisna olmaqla) Nazirlər Şurasının iclasını öz ölkəsində və ya başqa bir ölkədə deyil, təşkilatın mənzil-qərargahının yerləşdiyi Vyanada keçirir. Bu qərar iştirakçı dövlətlər və Katiblik üçün səyahət xərclərini azaltmaq, həmçinin tədbirin ətraf mühitə təsirini minimuma endirmək məqsədini əks etdirir”.