Xəbər axtarın

Son axtarış nəticələri:

ATƏT sədrinin Azərbaycana səfəri niyə ləğv edildi? - RƏSMİ

14.10.2025 16:37

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb.

Primeinfo.az bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadəyə istinadən xəbər verir.

O bildirib ki, Elina Valtonenin bölgəyə səfəri Azərbaycandan başlamalı idi.

“Bu səfər 13 oktyabr tarixinə nəzərdə tutulmuşdu. Lakin cənab Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitinə dəvət edilməsi və onun, habelə rəhbərlik etdiyi nümayəndə heyətinin sammitdə iştirak etməsi səbəbindən qeyd edilən səfər təxirə salındı. Hazırda Finlandiya xarici işlər nazirinin ölkəmizə səfərinin yeni tarixləri üzərində iş aparılır”, – XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Elina Valtonenin oktyabrın 13-15-i üçün Cənubi Qafqaza nəzərdə tutulan regional səfəri çərçivəsində Azərbaycana gəlməsi nəzərdə tutulmuşdu.

ATƏT-in fəaliyyətdə olan sədri oktyabrın 14-də Ermənistana, sabah isə Gürcüstana gedəcək.

 

Paylaş: