Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Primeinfo.az xəbər verir ki, bu barədə Koşta “X” hesabında bildirib. Koşta münaqişə tərəflərini deeskalasiyaya, təmkinli olmağa, eləcə də beynəlxalq hüquqa riayət etməyə çağırıb.
Azərbaycan Avropa İttifaqı vətəndaşlarının İrandan çıxmasına kömək edir. Primeinfo.az xəbər verir ki, bu barədə Aİ-nin sözçüsü Anuar El Anouni bildirib. O, Azərbaycanın Aİ vətəndaşlarının İrandan çıxmasını asanlaşdırmağa kömək etdiyini vurğulayıb.
Azərbaycan Avropa İttifaqı ölkələrinin vətəndaşlarının İrandan təxliyəsinə əvəzsiz yardım göstərib. Primeinfo.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatda bildirib. Antonio Koşta buna görə Azərbaycana təşəkkür edib.
Əminəm ki, bu səfər ikitərəfli əlaqələrimizin gələcək inkişafında mühüm rol oynayacaq. Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatında bildirib. “Keçən il bir neçə dəfə iqtisadi göstəricilərə baxdım və bu ilin yanvarında ticarətimizin 50 faizi Avropa İttifaqı ilə həyata keçirilib.
Avropa İttifaqı (Aİ) Yaxın Şərqdə münaqişədə bütün tərəfləri maksimum təmkin göstərməyə və danışıqlar masasına qayıtmağa çağırıb. Primeinfo.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Antonio Koşta Aİ səfirlərinin konfransında bildirib. Onun sözlərinə görə, enerji qiymətlərinin artması ilə Rusiya Ukraynaya qarşı apardığı müharibəni maliyyələşdirmək üçün yeni resurslar qazanır və Ukrayna cəbhəsinə diqqətin azalmasından faydalanır.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas İranın Azərbaycana dron hücumlarını pisləyib. Primeinfo.az xəbər verir ki, Kallas İranın bu hərəkətini qəbuledilməz adlandırıb. “İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikası bölgəsinə pilotsuz uçuş aparatları ilə etdiyi hücumlar tamamilə qəbuledilməzdir.
Avropa İttifaqı (Aİ) Rusiyanın 2 məhkəmə hakiminə yeni sanksiyalar tətbiq edib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumat Avropa İttifaqının rəsmi jurnalında dərc olunub. Belə ki, sanksiya siyahısına rusiyalı iki məhkəmə hakimi, prokuror, istintaqçı və dörd istintaq təcridxanasının rəhbəri daxil edilib.
İran Xarici İşlər Nazirliyi Avropa İttifaqına (Aİ) üzv ölkələrin hava və dəniz qüvvələrinin terror təşkilatı siyahısına salındığını açıqlayıb.
Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu siyahısına əlavə edib. Primeinfo.az xəbər verir ki, bu barədə Aİ Şurasının Mətbuat Xidməti məlumat yayıb.