Türkiyə Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvlüyünə doğru sürətlə irəliləyə bilər. Primeinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Kansleri Merzlə görüşdən sonra birgə mətbuat konfransında bildirib. O qeyd edib ki, Türkiyə Brüsselin Ankaranın bu məsələdə qətiyyətini düzgün qiymətləndirməsi ilə Aİ-nin tamhüquqlu üzvlüyünə doğru sürətlə irəliləyə bilər.
Ukrayna Prezidenti Volodimir Zelenski bu həftənin sonunda Ukrayna və Avropa rəsmilərinin atəşkəs planının təfərrüatlarını müzakirə etmək üçün görüşəcəklərini açıqlayıb. Primeinfo.az “Əl-Ərəbiyyə” kanalına istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib. “Bu, müharibəyə (Rusiya-Ukrayna – red.) son qoymaq planı deyil.
Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya qarşı apardığı müharibəyə görə Rusiyaya qarşı 19-cu sanksiya paketini təsdiqləyib.
Avropa İttifaqı yeni üzvlərin qəbul qaydalarını sadələşdirməyi nəzərdən keçirir. Bu addım Ukraynanın Aİ-yə inteqrasiyasını sürətləndirə bilər. Primeinfo APA-ya istinadən xəbər verir ki, “Politico”nun diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, təkliflərdən biri yeni ölkələrin əvvəlcə Aİ-yə səsvermə hüququ olmadan qoşulmasını nəzərdə tutur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib. Primeinfo.az xəbər verir ki, Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı Tirana və Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərini məmnunluqla xatırlayaraq, həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişaf perspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirdi.
Aİ Cənubi Qafqazda sülh və sabitliyə sadiqliyini təsdiqləyib Avropa İttifaqı Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini bir daha təsdiqləyib. Primeinfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Azərbaycan və Ermənistan səfərlərinin nəticələrinə dair bəyanatında qeyd edilib. Normallaşma prosesinə dəstək: Ermənistan-Azərbaycan münasibətləri gündəmdə Marta Kos səfəri zamanı Aİ-nin Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini bir daha təsdiqləyib, Ermənistan-Azərbaycan arasında normallaşma prosesinə dəstəyi vurğulayıb.
Azərbaycan və Avropa İttifaqı (Aİ) yüksək səviyyəli iqtisadi işçi qrupu yaradacaqlar. Bu barədə Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünün nəticələrinə dair “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Avropa İttifaqının (Aİ) genişlənmə siyasəti üzrə komissarı Marta Kos azad edilmiş ərazilərdə 2020-2025-ci illərdə aparılmış minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb. Primeinfo.az-ın APA-ya istinadən xəbərinə görə, ANAMA əməkdaşı tərəfindən xanım komissarın diqqətinə çatdırılıb ki, 2020-ci ilin noyabr ayından 2025-ci ilin sentyabrın 17-dək Qarabağda və Şərqi Zəngəzurda aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 227 min 713,3 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. Qeyd edilib ki, 38 min 600 ədəd piyada əleyhinə mina, 22 min 192 ədəd tank əleyhinə mina və 148 min 376 ədəd partlamamış hərbi sursat (PHS) olmaqla, ümumilikdə 209 min 168 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.
Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Ağdam şəhərinə səfəri başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 18-də Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib.