Xəbər axtarın

Son axtarış nəticələri:

Pakistan ordusunun komandanı ABŞ-ın mesajını İrana çatdırmaq üçün Tehrandadır

15.04.2026 18:45

Pakistan ordusunun komandanı Asim Munir İrana gedib.

Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, məqsəd ABŞ-ın mesajını rəsmi Tehrana çatdırmaq, eyni zamanda, danışıqların ikinci raundunun planlaşdırılmasıdır.

Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşəcək.

Qeyd edək ki, Pakistan mediası danışıqların ikinci raundunun İslamabadda keçiriləcəyinə dair məlumat yayıb.

Paylaş: