
“Təəssüf ki, bizim cəmiyyətimizdə dövlət şüuru olmayan, Azərbaycan dövlətinin maraqlarını anlamayan insanlar var. Biz bütün məsələlərə dövlətimizin maraqları prizmasından baxmalıyıq. Bizim hansısa bir dövlətin təəssübkeşi rolunda çıxış etməyimiz doğru deyil”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Oqtay Qasımov TV-nin “Qırmızı masa” verilişində bildirib.
“İran bu savaşdan öz aləmində qalib çıxsa, necə ki, körfəz və digər bölgə ölkələrini şantaj edir, daha sonra bu siyasətin davamını görəcəyik. Yəni, bu bizim üçün, bölgə üçün problem deməkdir”, – deyə o əlavə edib.
Davamı “Qırmızı masa”da: