
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının “Tramp” boğazı adlandırılmadığına təəssüflənib.
Primeinfo.az xəbər verir ki, o bu barədə “Fox Business”ə müsahibəsində danışıb.
“Siz onu Hörmüz boğazı və ya Hörmüzün boğazı adlandıra bilərsiniz. Mən soruşdum “hansı yaxşıdır?”, cavab verdilər ki, hər ikisi yaxşıdır. Bu boğaza verə bilməyəcəyiniz yeganə ad “Tramp” boğazıdır. Onlar bunu xoşlamırlar. Amma mən insanların xoşladığı bir şey etmişəm. O da bu idi ki, mən Meksika körfəzini aldım və onun adını Amerika körfəzi olaraq dəyişdirdim”,- Tramp deyib.