
Pakistan nümayəndə heyəti bu gün Tehrana gedəcək.
Primeinfo.az-ın məlumatına görə, bu barədə bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib.
“İranla Pakistan arasında danışıqlar davam edir. Mesaj mübadiləsi hələ bazar ertəsi günü başlayıb”, – Bəqayi deyib.
İran XİN sözçüsü qeyd edib ki, İran Pakistanla əvvəlki danışıqlar çərçivəsində yeni mərhələyə qədəm qoyur: “Bazar ertəsi günü İran nümayəndə heyəti Tehrana qayıdandan sonra pakistanlı vasitəçilər yolu ilə (ABŞ-la) mesaj mübadiləsi aparılıb”.