Xəbər axtarın

Son axtarış nəticələri:

Tofiq Yaqublunu cəzaçəkmə müəssisəsinə köçürdülər

14.04.2026 18:32

Milli Şuranın üzvü Tofiq Yaqublu Kürdəxanı istintaq təcridxanasından 17 saylı Cəzaçəkmə müəssisəsinə köçürülüb.

Primeinfo.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkədə bildirib.

“Həmin həbsxana bizə çox tanışdır. 2016-ci ildə Seymur Həzi ilə həmin həbsxanada evlənmişdik”, – N.Həzi qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan məhrum edilib.

Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilib.

Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu hökmü qüvvədə saxlayıb.

Paylaş: