
Dənizkənarı Milli Parkda gülləri yararsız hala salanlardan bəzilərinin kimliyi açıqlanıb.
Primeinfo.az Milli.Az-a istinadən xəbər verir ki, bir sıra blogerlər həmin gülləri əzərək foto və videolar çəkdiriblər.
Daha sonra bu görüntüləri sosial şəbəkə hesablarında paylaşıblar və bu, trendə çevrilib.
Həmin blogerlərin rəsmi və sosial mediada tanındıqları adlarını təqdim edirik:
Selcan Vəlizadə (Seljanvalizada)
Lala Babayeva (lalabva1)
Ad Soyad bəlli deyil – (ismiiilaa)
Ad Soyadı bəlli olmayan bloger (Sada)
Nərmin Musayeva (Naramsyv)
Həmayıl Ələsgərova (Həmayıl)
Qeyd edək ki, sözügedən şəxslər Dənizkənarı Milli Park ərazisində güllərdən ibarət olan sahədə çəkdirdikləri foto və videoları daha sonra şəxsi hesablarından siliblər. Həmin əməlləri törədən 10-a yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb.
Bu cür əməllər Azərbaycan qanunvericiliyinə əsasən hüquq pozuntusu hesab olunur. Şəhər ərazisində, xüsusilə də Dənizkənarı Milli Park kimi xüsusi mühafizə olunan yaşıllıq zonalarında əkilmiş dekorativ bitkilərin qoparılması, zədələnməsi və ya məhv edilməsi qanunla qadağandır. Bu hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin yaşıllıqların qorunması ilə bağlı müddəaları ilə tənzimlənir.
Belə hallarda şəxslər inzibati məsuliyyətə cəlb olunur.











