Xəbər axtarın

Son axtarış nəticələri:

"İran qeyri-sabitliyə can atmır, konstruktiv dialoqa sadiqdir" - Pezezşkian ÇAĞIRIŞ etdi

15.04.2026 13:17

"İran qeyri-sabitliyə can atmır, konstruktiv dialoqa sadiqdir" - Pezezşkian ÇAĞIRIŞ etdi

“İranı təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur”.

Primeinfo.az-ın APA-nın İran bürosuna istinadən xəbərinə görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian Tehranda Təcili Yardım Mərkəzində deyib.

O bildirib ki, İran müharibə və qeyri-sabitlik axtarmır, Tehran hər zaman müxtəlif ölkələrlə dialoqa və konstruktiv qarşılıqlı fəaliyyətə sadiqdir:

“Lakin iradəsini zorla qəbul etdirmək və ya ölkəni təslim olmağa məcbur etmək cəhdləri iflasa məhkumdur. İran xalqı belə yanaşmanı əsla qəbul etməyəcək”.

İran Prezidenti beynəlxalq sistemdəki ikili standartları tənqid edib. O qeyd edib ki, başqa ölkələrə qarşı hərbi əməliyyatlar dünyanın qəbul etdiyi prinsiplərə ziddir.

Pezeşkian “düşmənlər qarşısında həmrəyliyin gücləndirilməsinə” çağırış edib.

Paylaş: