
İran və ABŞ arasında danışıqlar böyük ehtimalla gələn həftənin sonunda İslamabadda keçiriləcək.
Primeinfo.az xəbər verir ki, bu barədə anonim mənbələr “Geo News”a danışıb.
Bildirilib ki, Pakistan hökuməti aidiyyəti qurumlara görüş üçün logistik və təhlükəsizlik tədbirlərinin görülməsinə dair göstəriş verib.
Danışıqlarda ABŞ nümayəndə heyətini Vitse-prezident Ceyms Devid Vens, Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoff və Cerad Kuşner, İran nümayəndə heyətini isə parlamentin sədri Məhəmmədbaqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçinin təmsil edəcəyi gözlənilir.