Xəbər axtarın

Son axtarış nəticələri:

Belçika səfiri həlak olan ANAMA əməkdaşı ilə bağlı başsağlığı verib

14.04.2026 15:26

Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon Füzulidə mina partlayışında həlak olan ANAMA əməkdaşı ilə bağlı başsağlığı verib.

Primeinfo.az xəbər verir ki, səfir bu barədə sosial media hesabında yazıb.

Diplomat vəzifə borcunu yerinə yetirərkən faciəvi şəkildə həyatını itirən Mətili Muğanın ailəsinə və həmkarlarına dərin hüznlə başsağlığı verib.

Səfir ANAMA və Azərbaycanın minalarla çirklənmiş bölgələrində minatəmizləmə əməliyyatları aparanlarla həmrəyliyini ifadə edib.

Qeyd edək ki, bu gün işğaldan azad edilmiş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baş verib.

ANAMA əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib. O, hadisə nəticəsində əməkdaş həyatını itirib.

Paylaş: