Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp NATO-nu ittiham edib

14.04.2026 20:00

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə NATO-nu ittiham edib.

Primeinfo.az xəbər verir ki, Tramp “Corriere della Sera” qəzetinə müsahibəsində NATO-nun Hörmüz boğazının açılması üçün ABŞ-a kömək etməməsi barədə danışıb.

Tramp NATO-dan Hörmüz boğazının açılması üçün istənilən bir gəmini göndərmələrini xahiş etdiyini vurğulayıb.

“Amma onlar bunu istəmirlər, çünki NATO kağız pələngdir”, – ABŞ Prezidenti əlavə edib.

Paylaş: