İran raket və pilotsuz uçuş aparatlarının istehsalını yeraltı komplekslərə köçürüb və “raket istehsalı üçün yeraltı şəhər” yaradıb. Primeinfo.az xəbər verir ki,bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, SEPAH-ın Aerokosmik Qüvvələri raket və dron istehsalını qısa müddətdə yeraltı obyektlərə köçürə bilib.
Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətində Rusiya ordusunun iki “İskəndər” operativ-taktiki raket kompleksinin buraxılış qurğusunu, həmçinin “Pantsir-S1” zenit-raket və artilleriya kompleksini vurub.
Səudiyyə Ərəbistanının cənubunda Yəməndəki “Ənsar Allah” hərəkatı tərəfindən buraxıldığı bildirilən ballistik raketlərin qalıqlarının yaşayış məntəqələrinə düşməsi nəticəsində azı iki nəfər xəsarət alıb. Primeinfo.az xəbər verir ki,bu barədə krallığın Mülki Müdafiə İdarəsi məlumat yayıb. Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin yaydığı açıqlamaya görə, bazar günü Xamis-Muşayt və Əhəd-Rufeydə rayonlarında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan iki ballistik raketin qalıqları yerə düşüb.
Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə raket və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına əlavə vəsait ayıracaq. Primeinfo.az xəbər verir ki,Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen oktyabrın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı apardığını bildirib. O, “X” sosial şəbəkəsindəki paylaşımında Ukrayna xalqı ilə həmrəyliyini və Zelenskiyə tam dəstəyini ifadə edib.
Almaniya uzaqmənzilli arsenalın yaradılmasını sürətləndirmək qərarına gəlib və artıq işə necə başlayacağını müəyyən edib. İlk raketlərin 2027-ci ildə əldə edilməsi planlaşdırılır, bütün proqrama isə Almaniya Müdafiə Nazirliyi ilkin olaraq təxminən 12 milyard avro büdcə ayırıb. Primeinfo.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu qiymətləndirmələr qurumun daxili sənədlərində yer alıb.
Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançıları Qırmızı dəniz sahilində strateji əhəmiyyətə malik Mokha limanına raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziya kanalı Yəmən hərbi mənbələrinə istinadla məlumat yayıb. Hücuma görə məsuliyyəti üzərinə götürən husilər liman ərazisində Səudiyyə Ərəbistanını dəstəkləyən qüvvələrin hərbi bazasını hədəf aldıqlarını iddia ediblər.
ABŞ, Yaponiya və Filippin hərbi qüvvələri Cənubi Çin dənizində növbəti birgə dəniz təlimlərinə start veriblər. Primeinfo.az Reuters-ə istinadən xəbər verir ki, təlimlərin məqsədi üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, dəniz təhlükəsizliyinin artırılması və regionda birgə əməliyyat imkanlarının təkmilləşdirilməsidir. Filippin Silahlı Qüvvələrinin yaydığı məlumata görə, təlimlərdə ölkənin “Antonio Luna” freqatı, helikopterlər və döyüş təyyarələri iştirak edir.
İran raket proqramı ilə bağlı ABŞ ilə hər hansı müzakirə aparmaq niyyətində deyil. Primeinfo.az xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf bildirib. Vurğulayıb ki, İranın hücum hərbi imkanları və raket proqramı müzakirə olunmayan mövzu olaraq qalır.
Dünən gecə İranın ABŞ-ın Küveytdəki hərbi bazasına doğru atdığı iki ballistik raket zərərsizləşdirilib. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Bildirilib ki, atılan raketlər havada vurulub və heç bir ABŞ hərbçisi xəsarət almayıb.
ABŞ və İsrail İranın Əlburz əyalətinin yaşayış məntəqələrinə hava zərbələri endirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi əyalət rəhbərinin müavini Qüdrətullah Seyfə bildirib. Onun sözlərinə görə, bu zərbələr nəticəsində 18 nəfər, o cümlədən 2 uşaq həlak olub.