Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ İranın Küveytə atdığı ballistik raketi zərərsizləşdirib

01.06.2026 18:29

ABŞ İranın Küveytə atdığı ballistik raketi zərərsizləşdirib

Dünən gecə İranın ABŞ-ın Küveytdəki hərbi bazasına doğru atdığı iki ballistik raket zərərsizləşdirilib.

Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, atılan raketlər havada vurulub və heç bir ABŞ hərbçisi xəsarət almayıb.

Məlumatda deyilir ki, “Mərkəzi Komandanlıq ayıq-sayıqdır və qüvvədə olan atəşkəsi dəstəkləyərək, ABŞ hərbçilərini İran təcavüzündən qorumağa davam edəcək”.

Qeyd edək ki, bundan əvvəl ABŞ İranın bəzi bölgələrində yerləşən kommunikasiya mərkəzlərinə zərbələr endirib.

Paylaş: