
Almaniya uzaqmənzilli arsenalın yaradılmasını sürətləndirmək qərarına gəlib və artıq işə necə başlayacağını müəyyən edib.
İlk raketlərin 2027-ci ildə əldə edilməsi planlaşdırılır, bütün proqrama isə Almaniya Müdafiə Nazirliyi ilkin olaraq təxminən 12 milyard avro büdcə ayırıb.
Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki , bu qiymətləndirmələr qurumun daxili sənədlərində yer alıb.
Yeni proqramın Bundesverə düşmən ərazisinin yüzlərlə və minlərlə kilometr dərinliyindəki hədəfləri vurmaq imkanı verəcəyi gözlənilir. Üstəlik, Berlin eyni vaxtda bir neçə istiqamətdə inkişaf planlaşdırır: kütləvi tədarük üçün uyğun olan nisbətən ucuz qanadlı raketlərdən (Low-Cost Containerized Missile – LCCM) tutmuş hipersəs silahlara qədər.
Almaniya ən tez zamanda LCCM-lər əldə etməyi hədəfləyir. Bu cür sursatların ilk tədarükü 2027-ci ilə planlaşdırılır. Nəzərdən keçirilən variantlar arasında ABŞ-İsrail “Covenant Industries” şirkətinin “Anthem”, Ukraynanın BARS və “Fire Point” şirkətinin “Flamingo” raketləri var.