Martın 2-dən İsrail Müdafiə Ordusunun Livana endirdiyi zərbələr nəticəsində 2988 nəfər həlak olub. Primeinfo.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin “X” sosial şəbəkə hesabında yayılan bəyanatında deyilir. “Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri öldürülən vətəndaşların ümumi sayı 2 988-ə, yaralıların sayı isə 9 210-a çatıb”, – qurumun bəyanatında bildirilir.
İran ABŞ-a 14 maddəlik sülh təklifi təqdim edib.
İsrail ordusu bu gün Livanın cənubunda yerləşən 11 şəhər və kəndin sakinlərinə təcili xəbərdarlıq edərək evlərini tərk etməyə çağırıb. Primeinfo.az xəbər verir ki,sakinlərə evlərindən ən azı 1000 metr uzaqda açıq ərazilərə keçməyə çağırıb. Ordunun yaydığı məlumatda bildirib ki, atəşkəs razılaşmasını pozan “Hizbullah”a qarşı əməliyyatlar həyata keçirirlər.
İsrail İranın Livanda bu gecə atəşkəsin qüvvəyə minəcəyi ilə bağlı iddiasını rədd edib. Primeinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” İsrailin yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb. “Livanda atəşkəs yoxdur”, – rəsmi bildirib.
ABŞ-da İsrail və Livan nümayəndələri arasında keçirilən danışıqlar başa çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Məlumata görə, ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə keçirilən görüş iki saatdan çox davam edib.
Ötən gecə Livanın Bint Cbeyl bölgəsində Hizbullahla toqquşmada İsrail ordusunun 10 hərbçisi xəsarət alıb. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb. Yaralılardan üçünün vəziyyəti ağır qiymətləndirilir.
Livanın cənubundakı Bint-Cubeyl şəhəri əraizisində İsrail hərbçiləri ilə “Hizbullah” qruplaşması arasında şiddətli toqquşmalar baş verir. Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Livan KİV-ə istinadən xəbər verir. Bildirilir ki, son günlər İsrail Müdafiə Ordusu (SAXAL) şəhəri “Hizbullah” silahlılarından və qruplaşmanın infrastrukturundan təmizləmək əməliyyatı çərçivəsində Bint-Cubeyli mühasirəyə alıb.
İsrail Müdafiə Ordusu Livana gecə zərbəsi zamanı raket qurğusunun məhv edildiyini bildirib. Primeinfo.az bu barədə TASS-a istinadən xəbər verir. “Gecə İsrail Müdafiə Ordusu İsrail ərazisi istiqamətində mərmilər atmaq üçün yerləşdirilmiş və hazır vəziyyətdə olan raket qurğusunu aşkar edib.
Aprelin 14-də Vaşinqton şəhərində start götürəcək Livan və İsrail arasındakı müzakirələrdən öncə ABŞ Beyrut üçün təhlükəsizlik təminatı alıb. Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu “Əl-Hadath” telekanalı açıqlayıb. Verilən məlumatlara əsasən, ABŞ çərşənbə axşamınadək Beyrutun hava zərbələrindən mühafizə olunacağına zəmanət verib.
İsrail Müdafiə Qüvvələri (İMQ) ötən sutka ərzində Livanda “Hizbullah” qruplaşmasının 200-dən çox hədəfinə hücum edib.