Xəbər axtarın

Son axtarış nəticələri:

İranın gizli qalan gücü ortaya çıxdı - FOTO

31.05.2026 18:15

İranın gizli qalan gücü ortaya çıxdı - FOTO

İran yeraltı hərbi obyektlərində hələ də təxminən 1000 ədəd raket saxlayır.

Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu CNN telekanalı kəşfiyyat və hərbi mənbələrə istinadən məlumat yayıb.

Məlumatda xüsusi olaraq qeyd olunur ki, ABŞ və İsrailin bundan əvvəl həyata keçirdiyi intensiv hava hücumlarına və hərbi əməliyyatlara baxmayaraq, rəsmi Tehranın raket arsenalının əhəmiyyətli və ən təhlükəli hissəsi hələ də yerin altında, xüsusi mühafizə olunan bazalarda təhlükəsiz şəkildə qalmaqdadır.

CNN telekanalının əldə etdiyi ən son peyk görüntülərinin təhlilinə əsasən, İran son dövrlərdə ölkə ərazisində yerləşən təxminən 50 yeraltı raket bazasında və strateji hərbi obyektdə genişmiqyaslı təmir, bərpa və gücləndirmə işləri aparır.
İranın gizli qalan gücü ortaya çıxdı - FOTO

Paylaş: